Havanın təmizliyi üçün bu tədbirlər görülməlidir - Ekoloqdan XƏBƏRDARLIQ

Havanın təmizliyi üçün bu tədbirlər görülməlidir - Ekoloqdan XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Ölkəmizdə havanın çirklənməsi, xüsusilə iri şəhərlərdə, əhalinin sağlamlığı və ekoloji vəziyyət üçün ciddi narahatlıq doğurur. Atmosferin çirklənməsində tikinti sektoru, nəqliyyat, məişət tullantıları və sənaye əsas rol oynayır.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən ekoloq Rövşən Abbasov havanı çirkləndirən əsas mənbələrdən söz açıb. O qeyd edib ki, bu mənbələr iri şəhərlərdə cəmləşib:

 

 

"Bu mənbələr sırasında tikinti sektorunu, nəqliyyat sektorunu, məişət tullantılarını, sənayeni görürük – xüsusilə Bakıda və Abşeron yarımadasında rast gəlinir. Nəqliyyatın çox sıx olduğu ərazilərdə atmosferə çoxlu müxtəlif tullantılar, kükürd qazları, azot birləşmələri, karbon-dioksid daxil olur. Həmçinin bu ərazilərdə tikinti sürətlə getdiyindən, həm də biz tozların daha yüksək faizini görürük. Bundan əlavə, məişət tullantılarında gələn metal qazı da özünəməxsus istilik effektinə malik olan qazdır”.

 

Müsahibimiz çirklənmənin qarşısını almaq üçün bir sıra tədbirləri qeyd edib:

 

“Tikintiləri daha aşağıdan etmək lazımdır. Tikintiyə başlarkən onun başa çatma müddətini aydın şəkildə müəyyən etmək lazımdır. Tikinti tez bir zamanda bitməlidir. Avtomobillərin ekoloji vəziyyətinə nəzarət gücləndirilməlidir. Bunu texniki baxışlar və reydlər vasitəsilə edə bilərik. Çox çirkləndirici avtomobillər, avtobuslar saxlanmalıdır. Havanın təmiz olması istiqamətində iri şəhərlərimizdə müxtəlif tədbirlər dövlətimiz tərəfindən həyata keçirilir. Məsələn, elektrik və hibrid avtomobillərinə gömrük rüsumlarının azaldılması bu yöndə atılan ciddi addımlardandır”.

 

R.Abbasov son olaraq dedi ki, ölkəmizin dağlıq ərazilərində hava keyfiyyəti daha yüksəkdir: "Biz iri şəhərlərin qeydinə qalmalıyıq ki, hava daha təmiz olsun".

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR