Ölkə ərazisində qar, leysan və güclü külək – Hava şəraiti gərginləşir

Ölkə ərazisində qar, leysan və güclü külək – Hava şəraiti gərginləşir
Kateqoriya məlum deyil
T

Oktyabrın 30-u üçün hava durumu: qar, leysan, külək və duman müşahidə olunur

 

Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti oktyabrın 30-u saat 09:00-a olan faktiki hava şəraitini açıqlayıb. Hazırda ölkə ərazisində küləkli və yağıntılı hava davam edir. Bəzi bölgələrdə leysan xarakterli intensiv yağışlar qeydə alınıb, yüksək dağlıq ərazilərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü:


Qrız (Quba) – 10 sm


Şahdağ və Xınalıq (Quba) – 8 sm


Laza (Qusar), Kəlbəcər – 3 sm


Yağıntının miqdarı:


Qusar – 20 mm


Ağstafa, Quba – 19 mm

 

Yevlax – 7 mm

 

Şəki, Qax, Qəbələ və digər rayonlarda – 2–6 mm arası


Külək şimal-qərb istiqamətində əsir və bəzi bölgələrdə maksimal sürəti 28 m/s-ə çatır. Güclü külək Bakıda, Abşeron yarımadasında, Mingəçevirdə, Goranboyda və Naftalanda müşahidə olunur.


Duman müşahidə olunan ərazilər:


Sumqayıt, Quba, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar


Görünüş məsafəsi bu bölgələrdə 500 metrədək məhdudlaşıb.


Proqnoza əsasən, yağıntılı və küləkli hava şəraiti günün ikinci yarısına qədər davam edəcək. Oktyabrın 31-də isə hava şəraitinin sabitləşəcəyi və əsasən yağmursuz keçəcəyi gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR