Yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün risk yaradır – BDYPİ-dən xəbərdarlıq

Yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün risk yaradır – BDYPİ-dən xəbərdarlıq
Kateqoriya məlum deyil
T

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib. Qurumun açıqlamasında bildirilir ki, hazırkı meteoroloji vəziyyət yollarda qəza riskini artırır və hərəkət iştirakçılarından daha yüksək diqqət və məsuliyyət tələb olunur.

 

Sfera.az xəbər verir ki, yağış səbəbindən yol örtüyünün sürüşkən hala gəlməsi, eləcə də görmə məsafəsinin azalması sürücülərin nəqliyyat vasitəsini idarə edərkən ehtiyatlı davranmasını zəruri edir. Bu səbəbdən sürücülərə aşağıdakı tövsiyələr verilir:

 

Sürət həddini azaltmaq

 

Ara məsafəsini normadan artıq saxlamaq

 

Şüşəsilən və işıq cihazlarının texniki vəziyyətinə nəzarət etmək

 

Eyni zamanda, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə təhlükə yaradır. Görünmə imkanlarının məhdudlaşdığını nəzərə alaraq, piyadaların yalnız səki ilə hərəkət etməsi, yolu piyada keçidlərindən keçməsi və açıq rəngli, görünən geyimlərə üstünlük verməsi tövsiyə olunur. Yolu keçməzdən əvvəl nəqliyyat vasitələrinin tam dayandığından əmin olmaq vacibdir.

 

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını yollarda diqqətli olmağa və təhlükəsizlik qaydalarına məsuliyyətlə yanaşmağa çağırır. Qurumun açıqlamasında vurğulanır ki, yollarda təhlükəsizlik hər kəsin birgə məsuliyyətidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR