Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi
Kateqoriya məlum deyil
Ukraynanın Sum vilayətindən 12 uşaqdan ibarət yeni qrup reabilitasiya proqramı çərçivəsində Azərbaycana gətirilib.
Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X hesabında paylaşım edib.
"Bu il 215 nəfər olmaqla, ümumilikdə 459 ukraynalı uşaq Azərbaycanda sülh və qayğı tapıb. Dəstəyinə görə Azərbaycana minnətdarıq", - səfir vurğulayıb.
Qeyd edək ki, sonuncu dəfə 30 uşaq oktyabrın 27-də reabilitasiya məqsədilə Azərbaycana gətirilib.






