Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırıldı - FOTO
Kateqoriya məlum deyil
T

Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Bakıda yerləşən Heydər Əliyev Mərkəzinin üzərinə bu ölkənin bayrağı proyeksiya olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşım edib.

 

“Qardaş Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edirik. Bu dəqiqələrdə Heydər Əliyev Mərkəzi üzərində Türkiyə bayrağının işıqlandırılması qardaşlığımızın növbəti bir nümunəsidir”, – deyə Hacıyev qeyd edib.

 

Qeyd edək ki, hər il olduğu kimi, bu il də Bakı şəhərində Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümü müxtəlif tədbir və işıqlandırma aksiyaları ilə qeyd olunur. 

Image

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR