Məzahir Pənahovun qardaşı oğlu bu məhkəməyə təyinat aldı - FOTO

Məzahir Pənahovun qardaşı oğlu bu məhkəməyə təyinat aldı - FOTO
Kateqoriya məlum deyil
T

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Bakı Ağır Cinayətlər Məhkəməsinə 3 yeni hakim təyin edilib.

 

Sfera.az xəbər verir ki, Hüseyn İnanc oğlu Hüseynli, Nigar Arzu qızı İmanova və Babək Əkbər oğlu Pənahov bu məhkəməyə hakim təyin olunublar. 

 

Qeyd edək ki, bundan əvvəl Hüseyn Hüseynli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin, Nigar İmanova Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin, Babək Pənahov isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi olub.

 

Qeyd edək ki, Babək Pənahov Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun qardaşı oğludur.
 

 

  • Məzahir Pənahovun qardaşı oğlu bu məhkəməyə təyinat aldı - FOTO

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR