Yeni mənzil şansı: MİDA-nın 2025-ci il son satışı elan olundu

Yeni mənzil şansı: MİDA-nın 2025-ci il son satışı elan olundu
Kateqoriya məlum deyil
T

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı, Sumqayıt, Lənkəran, Şirvan və Yevlax şəhərlərində yerləşən yaşayış komplekslərində güzəştli mənzillərin növbəti satışını elan edib.

 

Sfera.az xəbər verir ki, Satış 3 dekabr 2025-ci il saat 11:00-da başlayacaq və 8 dekabr 2025-ci il saat 11:00-da başa çatacaq.
 

Satışa çıxarılan mənzillər aşağıdakı komplekslərdə yerləşir:


•     Hövsan Yaşayış Kompleksi (I mərhələ – 1 mənzil, II mərhələ – 7 mənzil)
•     Binəqədi Yaşayış Kompleksi – 204 mənzil
•     Sumqayıt Yaşayış Kompleksi – 10 mənzil
•     Lənkəran Yaşayış Kompleksi – 10 mənzil
•     Şirvan Yaşayış Kompleksi – 216 mənzil
•     Yevlax Yaşayış Kompleksi – 179 mənzil
 

Mənzillərin qiymətləri:


•     Hövsan Yaşayış Kompleksi
•     I mərhələ: 2 otaqlı – 54,815 manat
•     II mərhələ: 4 otaqlı – 94,050 manat
•     Sumqayıt Yaşayış Kompleksi
•     Studio tipli – 50,200 manatdan başlayır
•     4 otaqlı – 105,800 manatdan başlayır
•     Lənkəran Yaşayış Kompleksi
•     3 otaqlı – 61,865 manat
•     4 otaqlı – 84,150 manatdan başlayır
 

•     Binəqədi Yaşayış Kompleksi


•     Studio tipli – 49,120 manat
•     2 otaqlı – 62,400 manat
•     3 otaqlı – 87,400 manat
•     4 otaqlı – 118,000 manat
•     Şirvan Yaşayış Kompleksi
•     2 otaqlı – 61,815 manat
•     3 otaqlı – 73,785 manat
•     4 otaqlı – 93,765 manat
 

•     Yevlax Yaşayış Kompleksi


•     1 otaqlı – 40,200 manat
•     2 otaqlı – 45,225 manat
•     3 otaqlı – 70,490 manat
•     4 otaqlı – 103,740 manat
 

Satış şərtləri:


Mənzillər ipoteka krediti və ya şəxsi vəsait hesabına əldə edilə bilər. Qaydaların 5.6-cı bəndinə əsasən, ipoteka krediti ilə ödəniş yalnız rəsmi hüquqi qərarın alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür.


Mənzillərin əldə olunması yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar üçün mümkündür. Elektron kabinetin yaradılması üçün sistemdə qeydiyyatdan keçmək və elektron imza ilə daxil olmaq tələb olunur. Satış prosesi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən həyata keçirilir.
Ətraflı məlumat və mənzillərin yerləşdiyi komplekslər haqqında məlumatı www.mida.gov.az saytından və “Güzəştli mənzil sistemi” bölməsindən əldə etmək mümkündür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR