Kirayə Vergisində Güzəşt: 2026-cı ildən Mənzillərə 10 Faiz

2026-cı ildən etibarən Azərbaycanda fiziki şəxslərin mənzil kirayəsindən əldə etdiyi gəlirlərə tətbiq olunan vergi dərəcəsi 14 faizdən 10 faizə endiriləcək. Bu barədə əmlak üzrə ekspert Elnur Fərzəliyev məlumat verib. Yeni qayda yalnız yaşayış sahələrinə şamil olunacaq, qeyri-yaşayış obyektləri üçün isə vergi dərəcəsi əvvəlki kimi 14 faiz olaraq qalacaq.
Sfera.az AZTV-yə istinadla verdiyi məlumata görə, ekspertlər bu dəyişikliklərin mənzil bazarında qiymət artımına səbəb ola biləcəyini bildirirlər. Hazırda kirayə bazarı əsasən qeyri-rəsmi şəkildə fəaliyyət göstərir – müqavilələrin əksəriyyəti rəsmiləşdirilmir və gəlirlər vergi bəyannamələrində əks olunmur.
Yeni vergi güzəşti bu sahədə şəffaflığın artırılmasına yönəlsə də, kirayə verənlər üçün əlavə xərclər yarada bilər. Bu da bazarda müəyyən dəyişikliklərə səbəb ola bilər.
Daha geniş məlumat üçün videomateriala baxa bilərsiniz.
Xaliq
Sfera.az






