Həyat yoldaşının videosunu yayan kişi saxlanıldı - RƏSMİ

Həyat yoldaşının videosunu yayan kişi saxlanıldı - RƏSMİ
Kateqoriya məlum deyil
T

Sosial şəbəkələrdə yayılan videoda bir qadına yaşadığı ünvanda saçını qırxıb fiziki zor tətbiq edən həyat yoldaşı saxlanılıb.
 

DİN-in Mətbuat Xidmətindən Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə oktyabrın 28-də gecə saatlarında polisə məlumat daxil olub.
 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR