“Məni anamın yanında dəfn edərsiz” - 22 yaşlı Turalın son mesajı

“Məni anamın yanında dəfn edərsiz” -  22 yaşlı Turalın son mesajı
“Onun sağ qayıdacağına inanırıq. Oğlum ölə bilməz. O, hələ yaşamalı, ailə qurmalıdır. Biz bu arzu ilə yaşayırıq. Ölüm Turala yaraşmaz”
Sfera.az xəbər verir ki, bunu azvision.az-a “Günəşli” yatağında baş vermiş dəhşətli faciə zamanı itkin düşmüş 22 yaşlı neftçi Tural Babazadənin atası Fətəli Babazadə deyib.
İtkin düşən gənc neftçinin Zabrat qəsəbəsində yerləşən evinə baş çəkən jurnalistə Fətəli Babazadə oğlunun yolunu gözlədiyini deyib.
“Bir ata üçün bundan böyük dərd ola bilməz. Çarəsiz qalmışıq, bilmirik nə edək. Gözümüzü televizordan çəkmirik ki, Turaldan xəbər olacaq. Ümidimizi üzmürük. İnşallah oğlum da digər nefçi dostları ilə birlikdə sağ-salamat tapılacaq və evimizə gələcək. Turalın yolunu gözləyirik. O, çox yaxşı övladdır, 22 yaşı olsa da zəhmətkeş oğul olub”.
Daha sonra Turalın əmisi ilə həmsöhbət olduq:
“Bizim heç bir məlumatımız yoxdur. Xəbər gözləyirik. Tural üçün rayondan gəlmişik. Hamımız onu sağ-salamat evində gözləyirik”.
Əmisi oğlu:
“Turalı çox istəyirəm. Onun qardaşı yoxdur. Amma biz onunla qardaş kimiyik. İnanıram ki, o məni tək qoymayacaq”.
Qonşuları da Turalın yolunu gözləyirdilər:
“Tural çox yaxşı oğlandır. Evin tək oğuludur. O, “Günəşli”də çox az müddət olardı, işləməyə başlamışdı. Çox gülərüzlü və mehriban oğlan idi. Tural ürəyiaçıq talış balasıdır. Onlar Zabrata yeni köçüblər. İnşallah sağ-salamat evinə qayıdır. Biz hər gün televizordan Turalın yaxşı xəbərini gözləyirik. O bizi, ailəsini belə tez tərk edib gedə bilməz”.
Söhbətimiz zamanı məlum oldu ki, Tural çox gənc yaşlarından anasını itirib:
“Turalın anası çox tez rəhmətə gedib. Onun doğma bacı-qardaşı yoxdur. Bacıları atasının ikinci evliliyindəndir. Tural anasını unuda bilmirdi. Həmişə bizimlə söhbət edəndə anasından danışırdı. Tez-tez onun yanına gedəcəyini deyərdi. Hətta qəza baş verən axşam o, əmisi oğluna mesaj göndərib ki, artıq ölür. Yazıb ki, öləndən sonra onu anasının yanında basdırsınlar”, -deyə Turalın dostları vurğulayıb.
Onların sözlərinə görə, Tural dənizdəki işindən ayrılacağını deyirmiş:
““Günəşli”də yeni işləməyə başlamışdı. Onunla sonuncu dəfə çayxanada söhbət edən zaman dedi ki, artıq dənizdə işləməkdən yorulub. Hətta sonuncu dəfə dənizə gedəcəyini bildirdi. Amma qismət olmadı, o qayıda bilmədi. Deyirdi ki, dənizdən qayıdan kimi evlərinə yaxın bir iş tapıb işləyəcək. Tural üçün çox darıxırıq. Kaş, onun yaxşı xəbərini eşidirədik. Evlərinə də gedə bilmirik. Atasının bizi görüb pis olacağından narahatıq. Ona görə bu ocağı qalayıb ətrafına toplaşmışıq. Biz Turalı gözləyirik. İnşallah o, bizim yanımıza qayıdacaq”.

OXŞAR XƏBƏRLƏR

Azər Türk Bank ötən ili uğurla başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 110% artaraq, 2,084 milyard manat səviyyəsində olub...

Əhalinin NƏZƏRİNƏ: Bu ərazilərdə sürüşmə təhlükəsi yüksəkdir

Son vaxtlar yağıntıların artması bölgələrdə torpaq sürüşməsini artırıb.   Sfera.az xəbər verir ki, Şəki şəhərində 18-ci rayon Tolstoy küçəsində torpa...

"Bayden administrasiyası "son akordları"nı vurur, Rusiya razılıq verməsə, ABŞ Ermənistanda..." - ŞƏRH

Xəbər verdiyimiz kimi, artıq ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalanıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət kati...

Hava yağıntılı olub, güclü külək əsib - FAKTİKİ HAVA

Saat 11.30-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz, lakin bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olub.   Bu b...

COP29 könüllülərinə 1500 manat verilir

Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb.   Sfera.az “Unikal”a istinadən xəbər...

21 yaşlı qız kəskin ağciyər çatışmazlığından ÖLDÜ

Azərbaycanda daha bir nəfər kəskin ağciyər çatışmazlığı ilə yerləşdirildiyi xəstəxanada vəfat edib.   Sfera.az xəbər verir ki, Saatlı şəhər...