Logo

Qaz olmayacaq - SİYAHI

Qaz olmayacaq - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fevralın 5-də bəzi qaz kəmərlərində təmir işləri görüləcək.

Sfera.az lent.az-a istinadən bildirir ki, saat 10:00-dan 18:00-dək "Qaz İxrac"

İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Laçın qaçqınları", Hacıqabul

magistral qaz kəmərləri sahəsinin "Sığırlı", Astara magistral qaz kəmərləri sahəsinin

"İmişli", "Axundov", "Saatlı", "Qaracalar" və "Otuzikilər" qazpaylama stansiyalarında,

eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

 
Təmir müddətində Kürdəmir rayonunun Sığırlı, Şohralı və Ərəbqubalı kəndlərinin qaz 

təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun

Laçın qaçqınları şəhərciyi, eyni zamanda, İmişli, Saatlı və Sabirabad rayonlarının bir

hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR