"Tramp da 3 dəfə evlənib" - Eks deputat gizli ailəsindən danışdı

“Fəzail Ağamalının hamıdan gizlətdiyi bir oğlu da var”.
Sfera.az xəbər verir ki, bu sözləri fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev sabiq deputat Fəzail Ağamalının şəxsi həyatı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
“Fəzail Ağamalının hər kəsdən gizlətdiyi bir oğlu var. 1987-ci il təvəllüdlü Ağamalıyev İlqar Fəzail oğlu ailədə daha çox Oleq adı ilə tanınıb. İlqarın anası rus əsilli qadındır və Fəzail Ağamalı ilə onlar 1980-ci illərin sonunda Bakıda tanış olublar. Bu münasibətdən bir oğlan övladı dünyaya gəlib”.
Etibar Əliyevin sözlərinə əsasən, Fəzail Ağamalının rəsmi nikahda olan həyat yoldaşı məsələni öyrəndikdən sonra ailədə ciddi gərginlik yaşanıb. Nəticədə sabiq deputat qadını və oğlunu Bakıdan uzaqlaşdıraraq Rusiyanın Sankt-Peterburq şəhərinə göndərib. Onun sözlərinə görə, Fəzail Ağamalı da faktı təsdiqləyib:
“Hər kəsin gənclikdə səhvləri ola bilər. Cavanlıqda çoxunun həyatında belə şeylər olur. Mən niyə danmalıyam ki? Cinayət deyil ki? Hər kəsin şəxsi həyatı ola bilər. Bəli, belə bir romanım olub. Bu gün İlqar və anası ilə əlaqəm yoxdur. Onlar öz həyatlarını yaşayırlar. Lazım olan vaxtlarda köməkliyimi göstərmişəm. Bu məsələ ilə bağlı məni ancaq həyat yoldaşım günahlandıra bilər. Ona da zamanında səhv etdiyimi demişəm, üzr istəmişəm. Vəssalam. Bunun heç kimə dəxli yoxdur. Həyatdır, bir neçə dəfə evlənmək olar. Tramp üç dəfə evlənib, burada qəribə nə var ki?”.
Bəsti Rəfizadə
Sfera.az






