Logo

"Ginnes"ə düşən metro faciəmizdən 30 il ötür...

"Ginnes"ə düşən metro faciəmizdən 30 il ötür...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

1995-ci il oktyabrın 28-də Bakı metrosunda baş verən dəhşətli yanğın nəticəsində 289 nəfər (onlardan 126-sı qadın, 28-i uşaq, 3-ü xilasedici) həlak olub, 270 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Sfera.az xəbər verir ki, fövqəladə hadisə “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə, qatarın alışması nəticəsində baş verib. Yanğın tuneldə baş verdiyi üçün xilasetmə əməliyyatı çətinləşib və nəticədə faciənin miqyası böyük olub.

İstintaqın nəticələrinə əsasən, qəzanın əsas səbəbi köhnə avadanlıqlarla təchiz olunmuş qatarın texniki nasazlığı və maşinistin yanlış qərarı olub. Qatar tuneldə dayandıqda, sərnişinlər təşviş içində vaqonlardan çıxmağa çalışıblar. Havaçəkmə sisteminin işləməməsi səbəbindən bir çox insan boğularaq və ya izdihamda ayaq altında qalaraq həyatını itirib.

Hadisə terror aktı kimi deyil, texniki qəza kimi qiymətləndirilib. Uzunmüddətli araşdırmalar nəticəsində qəzanın insan səhlənkarlığından baş verdiyi təsdiqlənib. Təhlükəsizlik qaydalarını pozmaqda günahlandırılan maşinist və dispetçer 10 il müddətinə azadlıqdan məhrum edilib. Faciədən sonra Azərbaycanda üç günlük matəm elan olunub.

1995-ci il Bakı metro qəzası bu günə qədər dünyanın ən ölümcül metro fəlakətlərindən biri kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR