"Süni intellekt insan zəkasının yerini tuta bilməz"- Natiq Məmmədli

“Süni intellekt gələcəkdə təbii intellektin nə qədər vacib olduğunu sübut edəcək. Süni intellekt insan zəkasının alternativi deyil, yalnız ona bənzəməyə çalışır".
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Mediada süni intellekt” mövzusunda təlimdə Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib. O, süni intellektin jurnalistikada faydalı olduğunu da istisna etməyib:
"Düzdür, jurnalistika sahəsində çox faydalıdır, çünki böyük məlumatlarla işləmək və məqalələri multimedia baxımından təqdim etmək üçün süni intellekt əvəzsiz tövsiyələr verə bilir. O, bizi sonsuz informasiya mühitinə bağlayır. Amma verilən məlumatlar vacib olsa da, hər zaman dəqiq və doğru olmaya bilər”.
N.Məmmədli çıxışında süni intellektin jurnalistikada rolu, imkanları və yaratdığı risklərdən bəhs edib:
“Süni intellekt gələcəkdə təbii intellektin nə qədər vacib olduğunu sübut edəcək. Süni intellekt insan zəkasının alternativi deyil, yalnız ona bənzəməyə çalışır. Düzdür, jurnalistika sahəsində çox faydalıdır, çünki böyük məlumatlarla işləmək və məqalələri multimedia baxımından təqdim etmək üçün süni intellekt əvəzsiz tövsiyələr verə bilir. O, bizi sonsuz informasiya mühitinə bağlayır. Amma verilən məlumatlar vacib olsa da, hər zaman dəqiq və doğru olmaya bilər”.
Natiq Məmmədli bildirib ki, süni intellekt jurnalistlərə faydalı tövsiyələr versə də, insan zəkasının yerini tuta bilməz:
“Tədqiqat aparmaq bacarığı süni intellektdən fərqli olaraq insan zəkasının məhsuludur, bu, sadəcə məlumatı kopyalamaq deyil. İnsan zəkası tədqiqat, analiz və dərin düşünmə bacarıqlarına əsaslanır. Əməkdaşlıq vacib olsa da, mətnləri tam olaraq süni intellektin hazırladığı şəkildə istifadə etmək düzgün deyil”. O, həmçinin qeyd edib ki, süni intellektin Azərbaycan dilində məlumat bazası zəifdir və onu inkişaf etdirmək üçün əlavə suallar və dəqiqləşdirmələr vacibdir. “Hazırda süni intellektin azərbaycanca məlumat bazası zəifdir. Buna görə də biz ona əlavə suallar verərək onu təkmilləşdirməliyik. Jurnalistikada tətbiqi faydalı olsa da, mənfi tərəfləri də var. Məsələn, dezinformasiyalar və “fake news” süni intellektin köməyi ilə daha sürətlə yayılır. Sosial şəbəkələr və süni intellektə söykənən məlumat axını insanların düşüncəsinə təsir edir. Bu isə jurnalistika üçün həm təhdid, həm də çağırışdır”.
Bəsti Rəfizadə
Sfera.az






