"Fly to Baku" festivalın möhtəşəm proqramları - İştirak tamamilə pulsuzdur

"Fly to Baku" festivalın möhtəşəm proqramları - İştirak tamamilə pulsuzdur
Kateqoriya məlum deyil
T

Oktyabrın 31-dən noyabrın 2-nə qədər Bakıda incəsənət, mədəniyyət və ekologiyanı bir araya gətirən növbəti immersiv miqyaslı tədbir keçiriləcək.

 

Sfera.az-ın məlumatına görə, "Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) tədbiri şəhəri müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirən əlamətdar hadisə olacaq.

 

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin rəhbərliyi ilə təşkil olunacaq üçgünlük incəsənət festivalının ideya müəllifi Fondun vitse-prezidenti, IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevadır.

 

Hər kəsi "Fly to Baku" festivalın möhtəşəm proqramlarından həqiqi həzz almağa dəvət edirik!

 

“SÖZ” Mərkəzi 3 proqram təqdim edəcək:

Böyük şərq şairlərinin poeziyasının melodik deklamasiyası ilə birləşmiş sufili və etnik musiqi sehrli konserti. "Savalan" qrupu
 

Uşaq Dövlət Filarmoniyasının tələbələri ilə bədii axşam.
 

Dünyanın aparıcı şairləri və yerli klassik ədəbiyyatın iştirak etdiyi beynəlxalq poeziya axşamı.


İştirak tamamilə pulsuzdur — yalnız “SÖZ” Mərkəzinin linki ilə qeydiyyatdan keçmək yetərlidir.
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR