Logo

Beyləqanda avtomobilin vurduğu şagird komaya düşdü

Beyləqanda avtomobilin vurduğu şagird komaya düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Beyləqanın Dünyamalılar kəndi ərazisində anomobillə vurulan 10 yaşlı uşaq komaya düşüb.

Sfera.az xəbər verir ki, 2015-ci il təvəllüdlü Salahlı Adəm Rövşən oğlu rayon sakini Rasim Əhmədov idarə etdiyi "Mersedes" markalı avtomobillə vurub.

TƏBİB-dən bildirilib ki, azyaşlı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona qapalı kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR