Məşhur ataların gül balaları — TOP ONLUQ
"Ölkə.Az" bu gün oxuculara məşhur ataların gözəlçə qızlarının siyahısını təqdim edir.
1. Sistin Stallone
Atası: Silverstr Stallone

Modeldir. Atasından italyan şarmı ona miras keçib. "Teen Vogue" jurnalının səhifələrində peyda olmağı bacarıb. Sistin deyir ki, bu hələ karyerasının başlanğıcıdır.

2. Dilan Penn
Atası: Şon Penn

Heç kəs düşünə bilməzdi ki, əyriayaq Şon Pennin belə gözəl qızı ola bilər. Model agentlikləri qızın qapısından əl çəkmir.

3. Mariya Parfyonova
Atası: Leonid Parfyonov

Deyilənə görə, gözəl uşaqlar böyük və gözəl məhəbbətdən doğulur. Bunu Mariya Parfyonova haqqında da demək olar.

4. Yelizaveta Boyarskaya
Atası:Mixail Boyarski

Atası kimi aktyorluq sənətini seçib. Artıq rol aldığı filmlərin sayına görə atasına yaxınlaşır.

5. Lili Rouz Depp
Atası: Conni Depp

Atası kimi Lili də yadplanetlilərə bənzəyir. Atası kimi publika ilə oynamağı sevir. Məsələn, bu yaxınlarda homoseksual cəmiyyətin üzvü olduğunu bəyan edib.

6. Alesya Kafelnikov
Atası: Yevgeni Kafelnikov

Tennis ustası Yevgeninin qızı atasının yolu ilə getməyib. Alesya moda dünyasını fəth etmək qərarına gəlib.

7. Byanka Bri
Atası: Jan-Klod Van Damm

Atasından gözəllik və solaxay zərbə miras qalıb. Atası ilə birlikdə filmlərə çəkilir, idmanla məşğul olur.

8. Stefaniya Malikova
Atası: Dima Malikov

Dimanın qızı rəqs və rəssamlıqla məşğul olur, piano və gitarada çalır, mahnı oxuyur. Stefaniya həm də özünü model kimi sınayır.

9. Corciya Mey Caqqer
Atası: Mik Caqqer

Modeldir. Televiziya ekranlarında, moda jurnallarında və reklam bilbordlarında tez-tez peyda olur. Deyəsən bu gedişlə atasını məşhurluqda kölgədə qoyacaq.

10. Zoi Kravits
Atası: Lenni Kravits

Zoinin valideynləri həqiqətən də çox yaraşıqlı insanlardır. O zaman onun belə gözəl olması təəccüb doğurmamalıdır.







