Mikayıl Müşfiqin Bakıdakı büstü götürüldü - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - FOTO

Mikayıl Müşfiqin Bakıdakı büstü götürüldü - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - FOTO
Bakının "Sovetski" adlandırılan ərazisində Mikayıl Müşfiqin heykəlinin dağıdılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
 

13:17

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

O qeyd edib ki, ərazidə abadlıq işləri aparılır:

""Sovetski" kimi tanınan ərazidə abadlıq və yenidənqurma işləri aparılır. Görkəmli şair Mikayıl Müşfiqin abidəsi də həmin əraziyə düşür. Ona görə də, aidiyyəti qurumlarla - Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və digər əlaqədar qurumlarla razılaşdırılaraq həmin abidə ziyan dəyməmək məqsədilə götürülərək anbarda saxlanılır. Həmin ərazidə kiçik park var idi. Yenidənqurmadan sonra həmin park daha böyük ərazini əhatə edəcək və abidə yenidən ora qaytarılacaq".

----------

12:52

 

Azərbaycan şairi Mikayıl Müşfiqin Bakıdakı büstü dağıdılıb.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, büst Nəriman Nərimanov və İnşaatçılar prospektlərinin kəsişməsində yerləşən parkda qoyulmuşdu.

İlkin məlumata görə, bu addım "Azəravtoyol" ASC tərəfindən, yol təmiri ilə bağlı atılıb.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti"nin rəisi Zakir Sultanov sözügedən sayta bildirib ki, büst onlardan icazə alınmadan ərazidən götürülüb.


OXŞAR XƏBƏRLƏR