Neftçilərin abidəsi niyə yoxdur?
Cəmiyyət
01:33 / 07.12.2015
957
“Millətimizin hüznlü günlərində içərisində qəhər olan on minlərlə insanımız dənizin udduğu adamların əvəzində bir ehtiram və ziyarət ünvanı axtarır ki, onlara mənəvi borcunu qaytarsın, xatirələrini yad etsin.Varmı belə ünvan?”.
Sfera.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc yazıb. Azərbaycanı yüz illərdir dünyanın mərkəzinə çevirən neftin və neftçi ordusuna bir abidəni belə olmamasına təəssüf edən millət vəkili dəniz neftsiz olsa belə dövlətin və millətin varlığıdır: “Ona görə də dənizi “ölüm ünvanı” kimi deyil, hünəri ilə xarüqələr yaradan, tufanların içərisində əsl döyüşçüyə çevrilən və “qara qızılı” bir millətin mülkiyyətinə çevirən insanları qəhrəmanlıq yeri olaraq tanımaq, onu bir xalqın abidəsinə döndərmək lazımdır! Hər halda qərənfilləri dənizə axıdanları görüb içərisində onsuz da o sulara qatdığımız yüz cür qatqıdan sonra bizim əməyi və rəşadəti ilə öyünmək istədiyimiz adamlara borcumuzu qaytarmalıyıq. Dəniz qurbanları ilə təkcə nisgil yerimiz deyil. “Günəşli”ni quran yaradıcı əlləri, “Neft daşları”nı və onlarla estakadanı tikib dənizin ürəyində özünə yer edənləri qəlbimizdə yaşatmaq üçün bir simvolun kölgəsinə yığılmaya ehtiyacımız var”.