Logo

Bakı Olimpiya Stadionunun rəsmi saytı fəaliyyətə başladı

Bakı Olimpiya Stadionunun rəsmi saytı fəaliyyətə başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Olimpiya Stadionunun rəsmi saytı fəaliyyətə başlayıb. Sfera.az  oxu.az-a istinadən bildirir

ki, www.bos.az ünvanında yerləşən sayt keçmiş və gələcək tədbirlər, stadion infrastrukturu,

biznes və istirahət imkanları haqqında məlumatı özündə əks etdirir.

"Stadion", "Turlar", "Xidmətlər", "Biznes", "Media" və digər bölmələrdən ibarət olan sayt şəkillər

və xəbərlər, xidmətlər, tədbirlər barədə məlumatı paylaşır, onlayn məsləhətçi və xidmətlərin

rezervasiya imkanları verir.

Azərbaycan, rus, ingilis və alman dillərində yaradılmış saytda tikinti tarixi göstərilir, habelə

virtual tur fəaliyyət göstərir.

Media nümayəndələrin rahat işi üçün yaradılmış "Media" bölməsində xəbərlər, press-relizlər

və şəkillər yerləşdirir.

Həmçinin saytın Feysbuk-a inteqrasiya edilib. Belə ki, sosial şəbəkə istifadəçiləri stadionun rəsmi

səhifəsindən birbaşa sayta keçid edə bilərlər.

İzləyicilər üçün saytın mobil telefon və planşet versiyaları da təklif olunur.

Sayt müntəzəm olaraq yenilənir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR