Logo

Ötən həftə 169 yanğına çıxış olub

Ötən həftə 169 yanğına çıxış olub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən həftə 169 yanğına çıxış olub.

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən həftə ərzində 169 yanğına çıxış, 27 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə 7-si azyaşlı olmaqla 32 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, 3 nəfərin meyiti təhvil verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR