Logo

"Mehriban Əliyevanın Vatikana səfəri mühüm əhəmiyyət kəsb edir" - Vaqif Abdullayev

"Mehriban Əliyevanın Vatikana səfəri mühüm əhəmiyyət kəsb edir" - Vaqif Abdullayev
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri ictimai-siyasi, humanitar tədbir kimi mühüm əhəmiyyət kəsb edir”.

Sfera.az xəbər verir ki, bu sözləri siyasi elmlər doktoru, professor, sabiq deputat Vaqif Abdullayev deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimi Mehriban xanımın qlobal miqyaslı humanizminin növbəti təntənəsidir:

“Mehriban xanımın və ailə üzvlərinin bu xoşməramlı aksiyaya qoşulması Azərbaycanın humanitar diplomatiyasının Avropadakı qürurverici nümayişidir.
Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskualenin bəyan etdiyi kimi, Mehriban Əliyeva uzun illərdir ki, dünya sivilizasiyasına dəyərli töhfələr verir, bəşəriyyətin mədəni intibahını zənginləşdirir.

Bu səfər, eyni zamanda, Azərbaycanın müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşadığı ən layiqli məkan olduğunu təsdiqlədi”.

V. Abdullayev əlavə edib ki, Azərbaycanın Birinci vitse-prezidentinin Vatikana səfəri tərəflər arasında mehriban münasibətlərin daha da inkişafı, müasir reallıqlar fonunda yeni mərhələyə daxil olması baxımından xüsusi əhəmiyyət daşıyır:

“Bir sözlə, Mehriban Əliyeva Heydər Əliyev Fondunun xoşməramlı humanizm missiyasında yeni bir səhifə açaraq öz xələfləri Leyla və Arzu Əliyevaların timsalında mədəni-humanitar hərəkatı daha da genişləndirir. Əliyevlər ailəsinin müqəddəs humanizm hərəkatı dünya mədəni irsinin qorunması və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsinə səbəb olaraq Azərbaycanın mədəni imicini də gücləndirir.
Ümumilikdə, Vatikan səfəri eyni zamanda, Azərbaycan qadınının sülh carçısı kimi beynəlxalq ictimaiyyət qarşısında mövqeyinin möhkəmlənməsi, maddi və mənəvi dəyərlərin hamisi kimi fədakarlığını və mübarizliyini təcəssüm etdirən bir hadisə kimi yadda qalacaq”.

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR