450 min yeni iş yeri açılacaq - Əhaliyə şad xəbər

450 min yeni iş yeri açılacaq - Əhaliyə şad xəbər

Dünya iqtisadiyyatında baş verən neqativ proseslərin təsiri nəticəsində 2015-ci ildə 2014-cü ilə nisbətən işsizlik səviyyəsində 2%-lik artım müşahidə edilib. 

Bunu "Report”a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) eksperti Ramiz Hüseyn deyib.

O deyib ki, Azərbaycanda islahatların başlanması işsizliyin səviyyəsinin azalmasına müsbət təsir edib: "Amma 2016-cı ildən etibarən işsizliklə bağlı müsbət tendensiyalar müşhaidə edilib. Açıqlana rəqəmlərə görə, yenə işsizlik səviyyəsi 5% həddindədir. Bu çox müsbət addımdır və növbəti illərdə də bu istiqamətdə təxirəsalınmaz addımlar atılacaq”.

Ekspert hesab edir ki, növbəti 8 ildə yarım milyona qədər yeni iş yeri açılacaq və bu da proseslərə müsbət təsir edəcək: "Ölkə başçısının fərmanına əsasən 6 dekabr 2016-cı ildə Strateji Yol Xəritələri təsdiq edilib. Məhz Strateji Yol Xəritələrinə əsasən 2025-ci ilə qədər 450 min yeni iş yeri açılacaq. Bu isə o deməkdir ki, qarşıdakı illər ərzində işsizliklə bağlı ciddi problemlər olmayacaq”.

Mərkəz rəsmisi qarşıdakı illərdə Strateji Yol Xəritəsinin reallaşması üçün 27 mlrd. ABŞ dolları civarında investisiyanın ayrılması nəzərdə tutulub: "Növbəti illərdə turizm sektorunun, peşə təhsilinin inkişafı yeni sektorlarda gənc vətəndaşlar üçün yeni iş yeri imkanı yaradacaq. Bir faktı qeyd etmək istəyirəm ki, yeni yaranan sektorların iş təminatı üçün Peşə Təhsilinin İnkişafına Dair Strateji Yol Xəritəsi özünün böyük töhfəsini verəcək. Bu yol xəritəsinə əsasən iqtisadiyyatdakı inkişaf etdirilməsi planlaşdırılan sektorların kadr təminatı nəzərə alınıb”.


OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...