Ramiz Quliyev son mənzilə alqışlarla yola salındı – VİDEO

Ramiz Quliyev son mənzilə alqışlarla yola salındı – VİDEO
Kateqoriya məlum deyil
T

 

Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Quliyevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.

Sfera.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak ediblər.

Mərhum sənətkar son mənzilə alqışlarla yola salınıb.

Xatırladaq ki, Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub.

1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. Ramiz Quliyev ötən gün 78 yaşında vəfat edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR