\"Mehriban Əliyeva yeni vəzifədə Prezident İlham Əliyevin uğurlu siyasət kursuna yeni töhfələr verəcək\"

\

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq təşkilat olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF), təşkilata üzv müsəlman ölkələri gəncləri adından Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edib.

Sfera.az xəbər verir ki, DƏ-İKGF-dən Trend-ə verilən məlumata görə, Gənclər Forumunun sədri Elşad İskəndərov tərəfindən göndərilən təbrik məktubunda bu münasibətlə qurumun İdarə Heyətinin ən səmimi təbrikləri ifadə olunur:

"Sizin Azərbaycanın və Azərbaycan xalqının müxtəlif sahələrdə inkişafı üçün apardığınız və dünyada Sizə dərin hörmət və nüfuz qazandırmış gərgin fəaliyyət və əməyiniz yeni vəzifədə də Prezident İlham Əliyev cənablarının uğurla həyata keçirdiyi daxili və xarici siyasət kursuna yeni töhfələr verəcəyinizə tam əminlik yaradır. Yüz minlərlə İƏT gəncləri adından DƏ-İKGF-nin fəaliyyətlərinə göstərilən qayğı üçün Sizə bir daha təşəkkürümüzü bildirərək, yeni fəaliyyət mərhələnizdə Azərbaycan və İƏT gəncliyinin inkisafı, mədəniyyətlərarası dialoq və beynəlxalq sülhün möhkəmləndirilməsi sahəsində Sizin fəaliyyətinizi hər zamankı kimi dəstəkləməkdən qürur duyacağıq".


OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...