Prezident yeni qurum yaratdı

Prezident yeni qurum yaratdı

Prezident İlham Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin yaradılması haqqında fərman imzalayıb.

Sfera.az-ın məlumatına görə, sənədlə müəyyən edilir ki, Sumqayıt şəhərinin inzibati ərazisində "Pilot layihə" çərçivəsində sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

Nazirlər Kabineti idarə işçilərinin say həddi barədə təkliflərini 1 ay müddətində prezidentə təqdim etməlidir.

Fərmana əsasən, Nazirlər Kabineti Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti işçilərinin say həddinə bir ay müddətində yenidən baxmalı, bu barədə prezidentə məlumat verməlidir.

Bundan başqa, Nazirlər Kabineti yaradılan Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin maddi-texniki təminatı məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görməlidir.


OXŞAR XƏBƏRLƏR

Uşaqların düzgün və sağlam böyüməsində valideynlərin rolu böyükdür

Uşaq və gənclər həyatın ən dinamik və təməlli inkişaf dövrünü keçirlər. Bu dövr yalnız fiziki dəyişikliklərlə deyil, eyni zamanda, psixoloji və sosial inki...

Məşhur Xalq şairi xəstəxanaya yerləşdirildi - FOTO

Xalq şairi Nəriman Həsənzadə ürəyində yaranan narahatlıqla əlaqədar xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xalq şairinin yax...

"Vəfat etmiş övladının maketinə toy etmək ağıllı adamın işi deyil, ağsaqqal, ağbirçək hara baxır?" - Sosioloq

Dünyanın bir çox ölkələrində dəfn prosesi ölünü torpağa basdırmaqla və ölü yaxınlarının bir yerə toplaşıb hüznlə acılarını bölüşməsi ilə həyata keçirilir. Lakin...

Belarusda ikinci AES tikilə bilər

Belarus prezidentliyinə namizəd, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov hesab edir ki, respublikanın ikinci Atom Elektrik Stansi...

Dini qurumlara maliyyə yardımı ayrıldı - Prezidentdən SƏRƏNCAM

Azərbaycandakı dini qurumlara maliyyə yardımı ayrılıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dini qurumlara maliyyə...

Azərbaycanın neft hasilatı azalıb - RƏSMİ

Azərbaycan hazırda 3 yataqdan neft çıxarır.   Sfera.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ildə 29,1 milyon ton neft (kondensat...