Ramiz Mehdiyev nə qədər həbsdə qala bilər? - AÇIQLAMA

Ramiz Mehdiyev nə qədər həbsdə qala bilər? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

“Hazırkı vəziyyətdə Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi əsasən onun yaş faktoru ilə bağlıdır”. 


Bu sözləri Sfera.az-a açıqlamasında DİN İctimai Şuranın sədri Əliməmməd Nuriyev bildirib.


Onun sözlərinə görə, 80 yaşdan yuxarı olduğu üçün bu qərar qəbul edilib:

 

 

“Əgər yaşı daha az olsaydı, bu halda həbs qətimkan tədbiri seçilə bilərdi. Çünki Ramiz Mehdiyev xüsusilə ağır və ağır cinayətlər törətməkdə şübhəli bilinən və bu maddələrlə ittiham olunan şəxsdir. Belə hallarda, adətən, daha sərt qətimkan tədbiri yəni ya həbs, ya da ev dustaqlığı tətbiq edilir”.


Ə.Nuriyev əlavə edib ki, hazırda onun yaşı nəzərə alınaraq ev dustaqlığı qərarı verilib:

 

“Ramiz Mehdiyev vətənə xəyanət, çirkli pulların yuyulması və bir neçə digər ağır cinayət maddələri üzrə ittiham olunur. Bu maddələrin sanksiyalarında isə ən azı 15 ildən ömürlük azadlıqdan məhrumetməyə qədər cəzalar nəzərdə tutulur”.

 

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barəsində başlanmış cinayət işi üzrə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.


Məhkəmənin qərarı Cinayət Prosessual Məcəlləsinin 163-cü maddəsinə əsaslanır və bu maddə ev dustaqlığının mahiyyətini, qaydalarını və məhdudiyyətlərini aydın şəkildə müəyyən edir.


O, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması maddələri ilə ittiham olunur.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR