Logo

Bu yol ödənişli olacaq

Bu yol ödənişli olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Şuşanın i̇nkişafı sürətlə gedir. Bu prosesin sürətli təmin olunmasında əsas rol, sözsüz ki, infrastruktur layihələrin həyata keçirilməsi olub".

Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Üçüncü Milli Şəhərsalma Forumunda (NUFA3) çıxışı zamanı deyib.

O qeyd edib ki, Şuşanı Azərbaycanın digər şəhərləri ilə birləşdirən iki mühüm avtomobil yolları inşa olunub.

"Onlardan biri Zəfər Yoludur. İkincisi isə Əhmədbəyli-Füzuli-Şuşa yeni avtomobil yoludur. Burada 7 tunel, 9 köprü inşa olunub və bir yol artıq yekunlaşıb.

Bu Azərbaycanda, hələ ki, analoqu olmayan bir yoldur və yaxın vaxtlarda tam olaraq istifadəyə veriləcək.

Verilən bəzi məlumatlara görə, bu ödənişli yol olacaq, amma əminəm ki, buna dəyər. Bu, yüksək səviyyəli infrastrukturdur”, - Aydın Kərimov qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR