Ramiz Mehdiyev həbsxanaya göndəriləcək? - AÇIQLAMA

Ramiz Mehdiyev həbsxanaya göndəriləcək? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barəsində cinayət işi üzrə məhkəmə qərarı qəbul edilib. Məhkəmənin qərarına əsasən, Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması maddələri ilə ittiham olunur.

 

Xüsusilə ağır cinayətlərdə ev dustaqlığı qərarı nə dərəcədə doğrudur? bu qərar həbslə əvəz oluna bilərmi?

 

Sfera.az-a mövcud məsələ ilə bağlı açıqlama verən hüquqşünas Babək Umudov bildirib ki, qətimkan tədbirləri məhkəmə qərarına əsasən tətbiq edilir.

 

 

Hüquqşünasın sözlərinə görə, əgər həbsin qətimkan tədbiri qismində seçilməsi məsələsinə baxılarkən məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilməsinə və ya həbsdə saxlanılmasına zərurət olmadığı qənaətinə gələrsə, onun barəsində müdafiə tərəfinin təşəbbüsü və ya məhkəmənin öz təşəbbüsü ilə ev dustaqlığı qətimkan tədbiri seçilə bilər:

 

“Digər tərəfdən şəxsin sağlamlıq vəziyyəti, yaşı, xüsusi qulluğa ehtiyacının olması və s. faktorlar da nəzərə alınaraq ev dustaqlığı qətimkan tədbiri seçilə bilər. 
Şəxs ev dustaqlığının şərtlərinə, habelə onun üzərinə qanunvericiliklə qoyulmuş vəzifələrə əməl etmədikdə, ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz olunur”.

 

Qeyd edək ki, Cinayət Prosessual Məcəlləsinin 163.3-cü maddəsinə əsasən, ev dustaqlığına məhkum edilmiş şəxs bir sıra məhdudiyyətlərə tabe olur:

 

"Evindən çıxmaq qadağandır – şəxs yaşayış yerini tərk edə bilməz. Məhkəmə istisna hal kimi müəyyən vaxtlarda (məsələn, tibbi zərurət üçün) çıxmağa icazə verə bilər, amma bu, çox nadir hallarda tətbiq edilir. Rabitə vasitələrindən istifadə məhduddur-telefon danışıqları, poçt göndərişləri və digər əlaqə vasitələri üzərində qadağa qoyulur. Ev telefonu və mobil rabitə mütəmadi şəkildə polis və ya DTX nəzarətində olur.

Ünsiyyət dairəsi məhdudlaşdırılır– təqsirləndirilən şəxs istintaq orqanının müəyyən etdiyi şəxslərlə, xüsusilə şahidlərlə və digər iş üzrə fiqurlarla əlaqə saxlaya bilməz.
 
Qonaq qəbuluna qadağa-ev dustaqlığında olan şəxs evində heç bir şəxsi qəbul edə bilməz.
Yalnız vəkil və istintaq orqanının icazə verdiyi şəxslər evə daxil ola bilər.
 
Polis nəzarəti və elektron izləmə-ev dustaqlığında olan şəxsin yaşayış yeri polis tərəfindən mühafizə olunur. Eyni zamanda, elektron nəzarət vasitəsi (biləkqand və ya izləmə cihazı) tətbiq edilir. Nəzarət siqnallarına cavab öhdəliyi-şəxs təyin edilmiş vaxtlarda nəzarət orqanına telefonla zəng etməli və ya şəxsən gəlməlidir. Müşahidə və nəzarət- istintaq orqanı şəxs və onun evi üzərində daimi müşahidə apara bilər".

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR