Krediti olanların NƏZƏRİNƏ Bundan sonra manatla...

Krediti olanların NƏZƏRİNƏ Bundan sonra manatla...
 
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda olan kreditləri benefisiarlar tərəfindən ABŞ dollarında ödənilmədiyinə görə, öhdəliklərin milli valyuta - manatla ödənilməsinə razılıq verib.

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dünya Bankının (WB) Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina bildirib. 

WB rəsmisi qeyd edib ki, Dünya Bankının törəmə maliyyə qurulumu olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) da Azərbaycana manatla kreditlər verə bilər: "Amma bunun üçün o, bu kreditlərin TCX Fondu (valyuta risklərinin hedc edilməsi fondu) vasitəsi ilə hedc ediləməsi şərtini irəli sürüb. Belə ki, Avropa bankları və maliyyə təşkilatları bu Fondla əməkdaşlıq edir". 

A.Priqojinanın sözlərinə görə, hazırda kreditdən çox manatla iqtiqrazların emissiyası üzərində müzakirələr aparılır. Nəzəri olaraq WB da manatla iqtiqraz yerləşdirərək iqtisadiyyatı maliyyələşdirə bilər. Sadəcə Dünya Bankının emissiya həcmi çox böyükdür və daha böyük əməliyyatlar həyata keçirir. 

"İki ildir EBRD və IFC tərəfindən Azərbaycanla manat istiqrazlarının yerləşdirilməsi məsələsi müzakirə olunur. Bu mənada Gürcüstan daha aktiv olub və bu proses orada artıq başlayıb. Biz Azərbaycan tərəfinə bu istiqamətdə lobbiçiliyi artırmağı və nəticədə, fond bazarını inkişaf etdirməyi tövsiyyə edirik. Belə olarsa, Azərbaycan özünə bençmark (etalon) yaradaraq ölkədəki digər müəssisə-emitentlər də yeli valyutada istiqraz yerləşdirə biləcək", - deyə Bank rəsmisi əlavə edib.
 
 

OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...