Meyitxanalarda minlərlə cəsəd: Türkiyə üçün BÖYÜK TƏLƏ HAZIRLANIR

Meyitxanalarda minlərlə cəsəd: Türkiyə üçün BÖYÜK TƏLƏ HAZIRLANIR

 

"Fərat Qalxanı” hərəkatı çərçivəsində Əl-Babın İŞİD-dən təmizlənməsindən sonra gözlər Rakka əməliyyatına çevrildi. Almaniya səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyənin baş naziri Binəli Yıldırım Rakkada əməliyyata birbaşa qatılmayacağını, taktikı dəstək verəcəklərini bildirib.

Publika.az "Haber7” saytına istinadən xəbər verir ki, mütəxəssislər Türkiyənin əməliyyata birbaşa qatılmamasının haqlı səbəblərinin olduğunu söyləyir.

Təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar bildirir ki, 2014-cü ilin iyunundan ABŞ-ın başçılıq etdiyi koalisiya və Rusiya İŞİD-ə qarşı mübarizə aparmasına baxmayaraq, təşkilat hələ də ayaqdadır:

"Rakka İŞİD-in ən böyük müqavimət meydanıdır. Motivasiyası isə hələ də çox yüksəkdir. Əl-Bab və Mosul əməliyyatları da bunu sübut edir. İŞİD İraq ordusunun 6 diviziyası və Suriya ordusundan ələ keçirdiyi konvansionel silahlarla, həmçinin digər mənbələrdən ona verilən və öz imkanları ilə istehsal etdiyi silahlarla varlığını böyük ölçüdə qoruyub saxlayır”.

Abdullah Ağar bildirir ki, gizlədilsə belə, yalnız Mosul əməliyyatında İraq ordusu və peşmərgə (Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələri –red) güclərinin itkiləri minlərlə ölçülür: "Haşdi Şabi” təşkilatının cansız bədənləri meyitxanalar və soyuduculara sığmır. Və bütün bunlar İŞİD-in gücü və əlindəki silahlarla bağlıdır”.

Mütəxəssis qeyd edir ki, İŞİD-in de-fakto paytaxtı sayılan Rakkada vəziyyət tamamilə fərqli və mürəkkəbdir:

"ABŞ bu işi Demokratik Suriya Gücləri (DSG) adlandırdığı YPG/PKK ilə edə biləcəyinə inansa, Türkiyənin qapısını bir dəfə olsun belə döyməzdi. ABŞ hansı çətinliklə qarşı-qarşıya olduğunu çox yaxşı bilir. Artıq ssenarilər havada uçuşur. YPG/PKK ilə Türkiyənin eyni sırada olduğu bütün ssenarilərdə isə Türkiyə üçün böyük tələlər var”.


OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...