Dəmir yolu işçilərinin peşə bayramıdır

Dəmir yolu işçilərinin peşə bayramıdır
Kateqoriya məlum deyil
T

13 oktyabr Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramı kimi qeyd olunur. Hər il bu tarix ölkənin nəqliyyat sistemində mühüm rol oynayan dəmiryolu işçilərinin əməyinə hörmət və minnətdarlıq günü kimi qeyd edilir.


Sfera.az xəbər verir ki, Azərbaycan dəmir yolu nəqliyyatı ölkənin iqtisadi inkişafında, regionlararası əlaqələrin möhkəmlənməsində və beynəlxalq yükdaşımaların təşkili sahəsində mühüm rol oynayır. Bu sahədə çalışan minlərlə əməkdaşın fədakar fəaliyyəti sayəsində sərnişin və yük daşımaları fasiləsiz həyata keçirilir.


Qeyd edək ki, Azərbaycan Dəmir Yolu QSC (ADY) son illərdə modernləşmə istiqamətində mühüm addımlar atıb. Yeni lokomotiv və vaqonların alınması, infrastrukturun yenilənməsi, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində görülən işlər ölkənin tranzit potensialını daha da gücləndirib.

 

Bəsti Rəfizadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR