DYP-də yeni cərimə: 200-300 manat

DYP-də yeni cərimə: 200-300 manat

Polkovnik Vaqif Əsədov nəqliyyat vasitələrində ev heyvanlarının daşınmasında qəbul edilən qaydalara aydınlıq gətirib.

Sputnik Azərbaycanın xəbərində bildirilir ki, "Yol hərəkəti haqqında” qanunvericiliyin tələblərinə riayət olunmaması ilə bağlı yol polisinin tətbiq etdiyi cərimələr sürücüləri narahat edir. Son günlər uşaqların maşında xüsusi oturacaqlarda oturması fonunda yaranan ajiotaj yol polisini də xeyli tədbirli olmağa vadar edib. Əvvəl mediaya "cərimələnəcək” sözü ilə yansıyan məlumat, sonradan yol polisinin "tövsiyəsi” kimi ifadə edildi. Amma yol polisinin daha hansı məsələdə sürücüləri cərimələyə biləcəyi barədə suallar bitmək bilmir. Məsələn, Sputnik Azərbaycan-a daxil olan oxucu məktubunda maraqlı bir məqama toxunulub — ev heyvanlarının maşında daşınmasına. Rafiq Süleymanov adlı oxucu yazıb: "Mənim ovçarka növündən olan itim var. Hər gün onu gəzməyə və digər yerlərə maşınımda aparıram. Amma qaydaların necə olduğunu və hansı vəziyyətdə iti aparmalı olduğumu bilmirəm, cərimələri də həmçinin. Bu barədə heç yerdə bir məlumat tapa bilmirəm. Mənə və mənim kimi ev heyvanları olan vətəndaşlara qanunda bu məsələnin necə əksini tapdığını bilməkdə köməklik göstərmənizi xahiş edirəm”.

Sputnik Azərbaycan-ın əməkdaşı bu məsələni dəqiqləşdirmək üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədova müraciət edib. V.Əsədov xüsusi qaydalar olduğunu təsdiq edib: "İtlər maşında ağzı bağlı aparılmalıdır. Qaydalara riayət olunmalıdır. Bizdə ev heyvanları, xüsusilə it çox az saxlandığından və avtomobillərdə az daşındığından onlarla bağlı cərimələr hər dəfə tətbiq edilmir”. Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə bildirib ki, bu məsələ qanunvericilikdə əksini tapıb: "Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 38 nömrəli qərarı var. Bu qərar əsasən Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının təsdiq edilməsi haqqındadır. Qaydalar da bu qərara əsasən tənzimlənir. Burada 3-cü hissədə ev heyvanlarını saxlayan şəxslərin hüquqları bölməsində (3.1.3 bəndində) göstərilir ki, bu qaydaların 3.1.1 bəndinə riayət etməklə ev heyvanlarını su, hava və dəmir yol nəqliyyatından istifadə etməklə hər bir şəxsin aparmaq hüququ var. İtlər yalnız kiçik cilovda, iri cins itlər isə cilovda və ağızlıq taxılaraq məhəllələrdə gəzdirilə və nəqliyyat vasitəsində daşına bilər. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulur ki, ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması zamanı qaydalar pozularsa, bu zaman heyvanın yiyəsi 200 manat cərimələnə bilər. Eyni qayda pozuntusu təkrarlanarsa, bu zaman 300 manat cərimə nəzərdə tutulur”. Kamran Əliyev onu da qeyd edib ki, Azərbaycanda it saxlayanlar az olduğundan, bu, elə də diqqət çəkən məsələ deyil və cərimə də tətbiq edilmir. Amma zərurət yaranarsa, mütləq bu məsələyə də baxıla bilər.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...