AMEA plan yerlərinin sayını AÇIQLADI
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul üçün ayrılan plan
yerlərinin sayı artırılıb.
Sfera.az bildirir ki, Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA-nın magistratura
pilləsinə 2016-2017-ci tədris ili üçün 63 plan yeri ayrılıb.
Artıq təsdiqlənmiş qəbul planına əsasən, qəbul 15 ixtisas və 39 ixtisaslaşma üzrə aparılacaq.
Magistraturaya qəbul filologiya, dilşünaslıq, kitabşünaslıq, muzeyşünaslıq, arxiv və abidələrin
qorunması, arxeoloji və tarixi memarlıq abidələrinin mühafizəsi, tarix, hüquqşünaslıq, sənətşünaslıq,
iqtisadiyyat, riyaziyyat, fizika sahəsi üzrə aparılacaq.
Magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılacaq. İmtahanın birinci mərhələsi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.
AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı 9-12 iyun, müsahibəsi isə
13, 14, 16, 17 iyun 2016-cı il tarixlərində keçiriləcək.
Qeyd edək ki, ötən il AMEA sistemindəki institutlara magistraturaya qəbul üçün 7 istiqamət üzrə
20 plan yeri ayrılmışdı.






