"Metroda bir an": Litvalı jurnalist bu şəkil haqqında yazdı

"Metroda bir an": Litvalı jurnalist bu şəkil haqqında yazdı
Kateqoriya məlum deyil
T

Uzun illər Qarabağ münaqişəsini işıqlandıran litvalı jurnalist Riçardas Lapaitis feysbuk sosial şəbəkəsində Azərbaycanla bağlı material yerləşdirib.

 

Sfera.az həmin yazını təqdim edir:

 

“Bu şəkli Lalə xanım çəkib. Mən ona məktub yazdım ki, şəkli mənə göndərsin. 2021-ci il noyabrın 8-i idi. Bakı metrosu, relslərin səsi və onun qarşısında gənc cütlük - Azərbaycan əsgəri və bir qız. Onların qucağında həlak olan dostlarının fotoşəkilləri var. Qələbə paradında iştirak etmək üçün onları özləri ilə aparırdılar. Qız dəri gödəkçəsi geyinib və sevgilisinin papağını taxıb. 44 gün dostu üçün dua edərkən onun nələr yaşadığını təsəvvür etmək çətindir. Dua həmişə Uca Allahın ovucundadır! Həmişə! Çöldə qaranlıq olsa belə! Hər şey o qədər incə, dərin, təsirli, zərif, hörmətlidir ki, bəzən elə gəlir ki, siz təsadüfən onların həyatının bir parçası olmusunuz. Artıq kimsə yoxdur və olmayacaq da... Yalnız xatirə... Xatirə və hörmət! Və sözlə ifadə edilə bilməyənlər! 


Kimsə deyirdi, mən zəif olduğum üçün deyil, çox güclü olduğum üçün ağlayıram! Hamımız bir dayanacaqda düşürük... Sadəcə onlardan biri həyat və sevgi üçün, başqası isə müharibə... Üçüncüsü isə itki... Kaş ki, qapılar ancaq xoş xəbərlərə açılsın. Parlaq gələcək üçün! Vaxtı qiymətləndirin - bu əvəzolunmazdır! Və bu an üçün Lalə xanım sizə təşəkkür edirəm! 

 

"Gözəlliyə aşiq ola bilərsiniz, ancaq ruhu sevə bilərsiniz!" - Uilyam Şekspir 


Bu gün səhər Elnur Abbasovun şərhini oxudum: "Bu oğlan mənim silahdaşımdır. Şəkildə üç şəhid var. Bu dörd qəhrəman kəşfiyyat bölüyünün üzvü olub. Hamısını tanıyırdım. Suqovuşanı fəth edənlərdir".

 


Firuzə Əliyeva
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR