“Samsung” “One UI 8”i Azərbaycandakı istifadəçilərə təqdim etdi

“Samsung”, “Galaxy S22”, “S22 Plus” və “S22 Ultra” modelləri üçün dördüncü və son böyük əməliyyat sistemi yeniləməsi olan “Android 16” əsasında “One UI 8”i Azərbaycandakı istifadəçilərə təqdim edib.
Sfera.az “En Son Haber”ə istinadən xəbər verir ki, texnologiya nəhəngi, “Galaxy S22” seriyası üçün uzun müddətdir gözlənilən yeniləməni istifadəyə verib. Yeniləmə, təxminən 3GB ölçüsündədir, “S90xBXXUIGYI7” versiya nömrəsini daşıyır və 1 Sentyabr 2025 təhlükəsizlik yamalarını əhatə edir.
“Samsung”un açıqlamasına görə, “One UI 8” yeniləməsi telefonlara daha müasir interfeys, “DeX”də yeni seçimlər, “Modlar və Rutinlər”də əlavə əməliyyatlar və “Təhlükəsiz Qovluq”da əlavə təhlükəsizlik imkanları gətirir. Eyni zamanda, zəngli saat, təqvim və “Samsung İnternet” kimi standart tətbiqlər də yenilənib.
Xatırladaq ki, “Samsung Galaxy S22” seriyasını “One UI 4” (Android 12) ilə bazara çıxarmış və cihazlar üçün dörd böyük yeniləmə təmin edəcəyini vəd etmişdi. Şirkət bildirib ki, bu cihazlar gələcəkdə kiçik bir yeniləmə olan “One UI 8.5”i də alacaq.
Bəsti Rəfizadə
Sfera.az






