Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Kateqoriya məlum deyil
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib.
Bildirilib ki, 110/35/10 kilovoltluq "Qıvraq" yarımstansiyasında aprelin 10-da ölçü transformatorlarının yoxlanılması işləri aparılacaq.
Bu səbəbdən, sabah saat 10:30-dan 13:00-dək Kəngərli rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.






