Ölkədə nəqliyyat vasitələri niyə yanır? - RƏY

Ölkədə nəqliyyat vasitələri niyə yanır? - RƏY
Kateqoriya məlum deyil
T

2025-ci ilin ötən dövründə Azərbaycanda nəqliyyat vasitələrində baş verən yanğınların sayı artıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu dövrdə 196 yanğın hadisəsi qeydə alınıb. Araşdırmalar göstərir ki, yanğınların başlıca səbəbləri texniki nasazlıq, insan faktorunun rolu və qəza hallarıdır.

 

Maraqlı məqam odur ki, əvvəllər yanğınlar əsasən köhnə avtomobillərdə baş verirdisə, son vaxtlar istehsal tarixi yeni olan avtomobillərdə də belə hadisələrin sayı artıb. Bu artım avtomobillərdə dəyişiklik edən ustaların iş bacarığı və ya digər səbəblərlə bağlı olub-olmadığı ictimaiyyət üçün maraq doğurur.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bununla bağlı ciddi düşünmək lazımdır. 

 

 

Onun sözlərinə görə  hər gün ölkəyə yeni avtomobillər gətirilir və bu avtomobillərin əsas perspektivi ondan ibarətdir ki, yanacağa qənaətcildir:

 

“Yəni, bizim vətənə gətirilən avtomobillərin bir nüansı var ki, etibarlılığı yaxşı, yanacaq xərci az olsun. Amma biz nəzərə də alsaq ki, elə avtomobillər var ki, onlara kifayət qədər müdaxilələr olur, bu yolverilməzdir. Bu müdaxilələr, elektrik müdaxilələri, elektrik qoşulmalarıdır. Bu da özü özlüyündə mənfi hallara gətirib çıxarır. Bunun nəticəsi olaraq, biz son zamanlar avtobus yanması kimi faciələrlə rastlaşırıq”. 


Ekspert bunun insanlara mənfi təsir göstərdiyini əlavə edib:

 

“Bu avtomobillər insanlar üçün qorxu yaradır. Buna ustaların bacarıqsızlığı deməzdim. Əslində, elə avtomobillər var ki, onlar müəyyən dərəcədə köhnəlib və yüksək qayğı tələb edən avtomobillər sinifinə aiddir. Ona görə də, bu faktoru mən əsas faktor hesab edirəm”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR