Astrologiya insanların qərarvermə prosesinə təsir edir - Araşdırma

Aparılan psixoloji araşdırmalar göstərir ki, astrologiya insanların qərarvermə mexanizmlərinə əhəmiyyətli təsir göstərir.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçıların fikirlərinə əsasən, bürclərə və ulduz falına inanan şəxslər mühüm seçimlərdə xüsusən də ailə, münasibətlər və maliyyə sahəsində astroloji proqnozlardan ilhamlanaraq addım atırlar.
Finlandiyada aparılan bir araşdırma göstərib ki, astrologiyaya inanan insanlar neqativ həyat hadisələrində və stresli dönəmlərdə bürcləri “özünü təsdiqləmə” və psixoloji dayaq vasitəsi kimi istifadə edirlər. Bu isə onlarda özünə güvən hissini artırır və qeyri-müəyyənliklər qarşısında rahatlıq yaradır.
Digər tədqiqatlarda müəyyən edilib ki, intuisiya yönümlü düşüncə tərzi olan şəxslər astrologiyaya daha çox inanır, analitik düşüncəsi güclü olanlar isə belə proqnozlara skeptik yanaşırlar. Bununla belə, Hindistanda və Nepalda aparılan sorğular göstərib ki, bəzi insanlar evlilik və karyera ilə bağlı qərarlarını hələ də astroloji məsləhətlər əsasında verirlər.
Mütəxəssislər bildirirlər ki, astrologiyanın insanlara təsiri daha çox psixoloji və mədəni amillərlə bağlıdır. Elm isə bu iddiaları dəstəkləmir və bürclərin real həyatda obyektiv qərarverməyə təsir göstərdiyini sübut edən etibarlı nəticələr hələlik mövcud deyil.
Fidan Hacızadə
Sfera.az






