“Təbiətin Fırçası” – Gəzən rəsmlər

"Təbiətin Fırçası" – Gəzən rəsmlər
Kateqoriya məlum deyil
T

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Təbiətin Fırçası” layihəsinin təqdimatı və rəsm sərgisinin açılışı keçirilib. 

 

Sfera.az bildirir ki, layihənin məqsədi Azərbaycan təbiətinin və mədəni irsinin zənginliyini bədii yolla nümayiş etdirmək, rəssamlıq vasitəsilə milli dəyərlərin tanıdılması və qorunmasına töhfə vermək, həmçinin əsərləri innovativ formada təqdim etməkdir. 

 

Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, o cümlədən qeyri-hökümət təşkilatlarının sədrləri, rəssamlar iştirak etmişdirlər. 

 

Tədbirin açılışında “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli layihə haqqında məlumat verib. O, təbiətin qorunmasının vacibliyini vurğulayaraq ictimai məlumatlılığın artırılmasının və təbiətə qarşı məsuliyyətli davranışların təbliğinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. 

 

Layihənin maraqlı tərəfi ondan ibarətdir ki, Bakı, Şuşa, Şamaxı, Quba, İsmayıllı, Lənkəran, Şəki, Naxçıvan, Gəncə və Qobustan olmaqla Azərbaycanın 10 bölgəsinin özünəməxsus tarixi abidələri, zəngin təbiəti, flora və faunası təsvir olunub. Bu əsərlər 1,20x1,20 metr ölçülü parçalar üzərində işlənib. 

 

Əsərlər rəssam, beynəlxalq müsabiqələr laureatı Nərmin Abdullayeva tərəfindən hazırlanıb. Layihə çərçivəsində təşkil edilən sərgidə həmçinin rəssamlar Nərmin Abdullayeva və Yeganə Vəliyevanın əsərləri də nümayiş olunub.   

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR