Oqtay Şirəliyev harada dəfn olunacaq?
Kateqoriya məlum deyil
Keçmiş səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi Təzəpir məscidində keçiriləcək.
Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, vida mərasimi saat 11:00-da baş tutacaq.
Məlumata görə, vida mərasimindən sonra O.Şirəliyevin nəşi Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, sabiq nazir dünən 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.






