Logo

DİN üç nəfərin ölməsi ilə bağlı yayılan qəza xəbərini təkzib edib

DİN üç nəfərin ölməsi ilə bağlı yayılan qəza xəbərini təkzib edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda yol qəzasında üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır.

Sfera.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, bu gün saat 21:30 radələrində paytaxtın Səbail rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb

Belə ki, "Hyundai" markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "Opel" markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR