"Azərbaycan Dəmir Yolları" əl yüklərinin saxlanma qiymətlərini açıqladı
Kateqoriya məlum deyil
Saxlama kameralarında əl yüklərinin saxlanılması tarifləri qüvvəyə minib.
Sfera.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qurumun idarə heyətinin qərarı ilə, sərnişin daşımaları departamentinin təkliflərinə əsasən, fevralın 17-dən etibarən saxlama kameralarında əl yüklərinin saxlanılması tarifləri aşağıdakı kimi müəyyən edilib:
(manatla)
|
Müddət |
Bölmə |
Qeyd | ||
|
Kiçik həcmli |
Orta həcmli |
İri həcmli | ||
|
4 saatadək |
1,0 |
2,0 |
3,0 | |
|
Əlavə hər saat üçün |
0,20 |
0,30 |
0,50 | |






