Natiq Şirinov:“Ölüm hamımız üçündür, əsas odur ki, bu yolu şərəfli gedək” - VİDEO

Kateqoriya məlum deyil
T
“Çox yaxın idik, vətənini, xalqını sevən adam idi. Belə dəyərli insanı itirəndə adam çox pis olur. Amma bununla barışmalıyıq, çünki ölüm hamımız üçündür – əsas odur ki, bu yolu şərəfli gedək. Hörmət, sevgi qazanaq. Xalqımızın başı sağı olsun”.
Sfera.az xəbər verir ki, bu sözləri “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinov əməkdar artist Cabir İmanovla vida mərasimində jurnalistlərə açıqlamasında bildirdi.
O, qeyd etdi ki, C.İmanovun ölüm xəbərini ona zəng edib deyiblər, inana bilməyib.






