Nümunəvi qəbiristanlıqlarla bağlı qanun hazırlana bilər
"Bələdiyyələrlə bağlı bir neçə təklif vermişik. Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var. O vaxt biz bunu qanun şəklində qəbul etmək istəyirdik. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır".
Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.
Onun sözlərinə görə, xüsusilə aztəminatlı ailələr bu mövzuda tez-tez bələdiyyələrə müraciət edirlər və onlara dəstək mexanizmlərinin yaradılması zəruridir.
Bununla yanaşı, parlamentari Vergi Məcəlləsinə də dəyişikliklərin edilməsini təklif edib:
"Yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı olan vergilərlə düzəlişlər edilməlidir. Qeyri-yaşayış ərazilərində su, işıq, qaz kimi ödənişlərdən 3 qat vergi götürülür. Bunlar tənzimlənməlidir".
Nəzərə çatdırıb ki, ümumilikdə bələdiyyə fəaliyyəti ilə bağlı 20-dən çox təklif hazırlanıb.
Firuzə Əliyeva
Sfera.az






