İnsan bu halda özünü daha xoşbəxt hiss edir

İnsan bu halda özünü daha xoşbəxt hiss edir
Kateqoriya məlum deyil
T

Aparılan psixoloji araşdırmaya görə, insanın xoşbəxtliyi təkcə maddi imkanlarla deyil, pullarını necə xərcləməsi ilə də bağlıdır. 

 

Sfera.az xəbər verir ki, nəticələrə görə, insanlar özlərinə nəsə aldıqda müəyyən qədər məmnuniyyət hiss edirlər, lakin başqaları üçün pul xərclədikdə bu sevinc daha güclü olur.

 

Mütəxəssislər bildirirlər ki, hədiyyə almaq, yaxınlarına kömək etmək və ya xeyriyyə işlərinə vəsait ayırmaq insan beynində xoşbəxtlik hormonlarının ifrazını artırır. Bu səbəbdən də pul xərcləməyin ən təsirli yolu onu başqaları ilə paylaşmaqdır.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR