Maaşlar ARTDI

Maaşlar ARTDI
Azərbaycan Dillər Universitetində (ADU) çalışan işçilərin və professor-müəllim heyətinin maddi rifahının yüksəldilməsi istiqamətində daha bir mühüm addım atılıb. 
 ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Addullayev təhsil müəssisəsində eyni vəzifə və eyni elmi adlara malik olan əməkdaşların əmək haqlarında olan süni diferensiallaşdırmanın aradan qaldırılması məqsədi ilə əmr imzalayıb. Əmrə əsasən universitet əməkdaşlarının əmək haqlarına yenidən baxılıb.

1 yanvar 2017-ci il tarixindən ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən rəhbər vəzifəni tutan işçilər istisna olmaqla inzibati idarəetmə və xidmətedici heyətdə çalışan işçilərin əmək haqqı təxminən 10 faiz artırılıb. Dəyişiklik nəticəsində ADU-da müəllimin əmək haqqında artım 50 manat, elmlər namizədi olan müəllimin əmək haqqında 200 manat, elmlər namizədi olan baş müəllimin əmək haqqında 150 manat, dosent-elmlər doktorunun əmək haqqında 200 manat, professor-elmlər doktorunun əmək haqqında isə 250 manat təşkil edir. 

mənbə: modern.az

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...