İmişlidəki məclisdə zəhərlənənlərin sayı 74-ə çatdı

İmişlidəki məclisdə <span style="color:#ff0000">zəhərlənənlərin sayı 74-ə çatdı</span>
Kateqoriya məlum deyil26.09.25, 15:3594 👁️
T

İmişli rayonunda zəhərlənənlərin sayı 74-ə çatıb.

 

Bununla bağlı “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

 

Bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 74 nəfər (8-i uşaq olmaqla 35-i kişi, 4-ü uşaq olmaqla 39-u qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

 

“Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

 

Vəziyyəti ağır qiymətləndirilən 5 nəfər (2-si kişi, 3-ü qadın cinsli) Kliniki Tibbi Mərkəzə təxliyyə edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 56 nəfər (26-sı qadın, 30-u kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

 

Vəziyyətləri stabil qiymətləndirilən digər 9 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir”.

PAYLAŞ
Sehliyali
Yüklənir...