Logo

Deniz Seki həbsxanada seriala çəkildi - FOTOLAR

Deniz Seki həbsxanada seriala çəkildi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müğənni Deniz Seki həbxanada seriala çəkilib.

Sfera.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məhkum müğənni ATV-nin “Eşkiya dünyaya hökümdar olmaz” serialının 14-cü bölümündə rol alıb.

Serialın səhnələri Sekinin qaldığı Bakırköy Qadın Cəza Həbsxanasında lentə alınıb.

Deniz Seki həbsxanada seriala çəkildi - FOTOLAR

Müğənni serialda Məryəm Çakırbeyli rolunu canlandıran Deniz Çakırın həbsxana yoldaşı olaraq izləyənlərin qarşısına keçib.

Deniz həbsxanada yazıb bəstələdiyi mahnını da ilk dəfə serialda səsləndirib.

Deniz Seki həbsxanada seriala çəkildi - FOTOLAR

Sənətçinin 13 ay sonra ilk fotoları yayılmağa başlayıb.

Serialın prodüseri Raci Şaşmaz əvvəl Sekinin ailəsi və vəkilləri ilə təmasa keçib. Ardından Ədalət Nazirliyindən xüsusi icazə alıb.

Deniz Seki həbsxanada seriala çəkildi - FOTOLAR

Qeyd edək ki, 2009-cu ildə İstanbul 9. Ağır Cəza Məhkəməsi müğənniyə “narkotikdən istifadə və satmaq” maddəsi ilə 6 il, 3 ay həbs cəzası vermişdi. //musavat.com

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR