Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələrin sayı artdı - SİYAHI

Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələrin sayı artdı - SİYAHI
Kateqoriya məlum deyil
T

Azərbaycan Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti vizasız səfər edilə bilən ölkələrin siyahısını yeniləyib. Rəsmi məlumata görə, Azərbaycan vətəndaşları bir sıra dövlətlərə viza almadan səfər edə bilərlər.

 

Sfera.az xəbər verir ki, ikitərəfli vizasız rejim Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Moldova və Qətər ilə tətbiq olunur. Bu ölkələrə səfər zamanı 30 gündən 90 günədək vizasız qalmaq mümkündür.

 

Birtərəfli vizasız rejim isə İran (15 gün), Serbiya, Monteneqro, Bosniya və Herseqovina (90 günədək), Malayziya (30 gün) və bir sıra digər ölkələri əhatə edir.

 

Eyni zamanda “Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" imzalanıb.

 

Bundan əlavə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində "Qvineya-Bisau Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" imzalanıb.

 

Qeyd edək ki, vizasız qalma müddəti hər ölkəyə görə dəyişir və vətəndaşların səfər etməzdən əvvəl müvafiq qaydaları öyrənməsi tövsiyə olunur.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR